Mağazadan 100 min dollarlıq gümüş əşyaları və seyfi apardılar - VİDEO

21:57 - 12 Oktyabr 2021 - HADİSƏ

Türkiyənin İstanbulu şəhərinin Fatih rayonunda mağazadan təxminən 100 min dollar dəyərində gümüş zinət əşyaları oğurlayan bir qrup şəxsin cinayət əməli təhlükəsizlik kameralarına düşüb.

Qeyd olunur ki, dəstə üzvləri gümüş əşyalardan əlavə, mağazanın seyfini də özləri ilə aparıblar.

Hazırda cinayəti törədən şəxslərin axtarışı aparılır.///oxu.az

Xəbər xətti