Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belqradda Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyənin XİN rəhbəri “Twitter”də bildirib.
Nazir qeyd edib: "Can Azərbaycanın xarici işlər naziri, qardaşım Ceyhun Bayramovla bu dəfə Belqradda görüşdük. İkitərəfli əlaqələrimizi və noyabrın 12-də İstanbulda keçiriləcək Türk Şurası Zirvəsinə hazırlıqları müzakirə etdik"
Qeyd edək ki, Belqradda Qoşulmama Hərəkatının 60 illiyi ilə əlaqədar beynəlxalq konfrans keçirilir.