Abşeronda fərdi yaşayış evi yanıb

22:28 - 10 Oktyabr 2021 - HADİSƏ

Abşeron rayonunun Fatmayı kəndində yanğın baş verib.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı ümumi sahəsi 130 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki əşyalar qismən yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti