Goranboyda avtoqəza olub, xəsarət alan var

08:37 - 9 Oktyabr 2021 - HADİSƏ

Goranboy rayonunda yol qəzası baş verib. APA-nın məlumatına görə, hadisə Qaraçinar kəndi yaxınlığından keçən yolda qeydə alınıb. Hadisə zamanı 1992-ci il təvəllüdlü rayon sakini Röyal Vahid oğlu Namazov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Daha sonra vəziyətinin ciddiliyi nəzərə alınaraq Gəncədəki klinikaların birinə köçürülüb. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti