Astarada qohumlar arasında DAVA: Biri bıçaqlanaraq öldürülüb
13:01 - 8 Oktyabr 2021 - HADİSƏ
Astara rayonunda qohumlar arasında dava düşüb.
“Report”un verdiyi xəbərə görə, hadisə Şəmətük kəndində qeydə alınıb.
Belə ki, ailə münaqişəsi zəminində Gülçöhrə həyat yoldaşının əmisinin arvadı Mehribana bıçaq xəsarətləri yetirib. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, bir neçə ay əvvəl iki əmioğlu arasında münaqişə ölümlə nəticələnmişdi.
Faktla bağlı araşdırma aparılır.