Faiq Ağayevdən ölüm xəbərinə REAKSİYA

22:46 - 7 Oktyabr 2021 - MAQAZİN

Xalq artisti Faiq Ağayev barəsində  dezinformasiyalar yayılıb.  Belə ki, müğənnin Vikipediya səhifəsinə müdaxilə edilərək orada ölüm tarixinin qeyd ediblər.

Faiq Ağayev feyk xəbərlərlə  bağlı "Facebook"dan pərəstişkarlarına xəbərdarlıq edib.

"Allah mənə rəhmət eləsin! Bu dezinformasiyalara uymayın, dostlar. Artıq lazımi düzəlişlər etdik".

Xalq artisti bu cür halların qarşısını almaq üçün aidiyyəti dövlət orqanlarına da müraciət edib.

Xatırladaq ki, son zamanlar vətən müharibəsinin ildönümü ərəfəsində rusdilli sosial şəbəkələrdə müxtəlif saytlar və telegram kanalları vasitəsilə Azərbaycan əleyhinə təxribat və dezinformasiya xarakterli məlumatlara yer verilir.///unikal


Xəbər xətti