Əfqanıstanda məsciddə partlayış törədilib

00:24 - 7 Oktyabr 2021 - HADİSƏ

Əfqanıstanda məsciddə partlayış olub. “Report”un məlumatına görə, bu barədə “TOLOnews” tviterindəki səhifəsində məlumat yayıb. Məlumata görə, hadisə Host əyalətində qeydə alınıb. Partlayış nəticəsində azı 1 nəfər həlak olub, daha 14 nəfər xəsarət alıb. Qeyd edilir ki, yaralılardan 3-ü ağır vəziyyətdədir.

Xəbər xətti