Mingəçevirdə 58 yaşlı kişi körpüdən özünü çaya atıb

17:32 - 6 Oktyabr 2021 - HADİSƏ

Mingəçevirdə 58 yaşlı kişi körpüdən özünü çaya atıb.

Hadisə az öncə nəqliyyat körpüsü üzərində baş verib.
İlkin məlumata görə, 58 yaşlı kişi ətrafdakıların gözü önündə özünü körpüdən Kür çayına atıb.

Sahildə olan qayıqçıların müdaxiləsi nəticəsində batmaq üzrə olan kişi xilas olunaraq sahilə çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Onun özünü çaya atmasının səbəbi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.///apa

Xəbər xətti