Balakəndə "Azərbaycan Dəmir Yolları”na məxsus avadanlıq yanıb

20:06 - 5 Oktyabr 2021 - HADİSƏ

Balakən rayonunda "Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus ümumi sahəsi 40 m² olan elektrik otağında 1 ədəd idarəetmə avadanlığı yanıb.

Bu barədə Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Digər avadanlıqlar və otaq yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti