Qəbələdə 54 yaşlı qadın intihar edib

16:49 - 5 Oktyabr 2021 - HADİSƏ

Qəbələ rayonunda intihar hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Zərgərli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1967-ci il təvəllüdlü Zemfira Sultan qızı Əhmədxanova özünü yaşadığı evin həyətində olan mal tövləsindən asıb.

Məlumata görə, Z.Əhmədxanova ruhi-əsəb xəstəliyindən əziyyət çəkirmiş.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti