Sumqayıtda küçədə naməlum kişi meyiti tapılıb

11:36 - 5 Oktyabr 2021 - HADİSƏ

Sumqayıt şəhəri Novxanı bağlar massivində 60-70 yaşlarında boyu 163 santimetr olan naməlum kişi meyiti aşkar edilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, aparılan ilkin araşdırmalar zamanı onun şəxsiyyətinin müəyyən edilməsi mümkün olmayıb.

Şəxsiyyəti istintaqa məlum olmayan şəkildə gördüyünüz bu şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə və Sumqayıt Şəhər Polis İdarəsinə (012) 654-02-022 və (055-730-85-77) nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Xəbər xətti