Şirvanda avtomobil 51 yaşlı qadını vurub

21:09 - 4 Oktyabr 2021 - HADİSƏ

Şirvanda 51 yaşlı qadını avtomobil vurub.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə Şirvan şəhəri H.Əliyev prospektində qeydə alınıb.

“VAZ 2107” markalı avtomobil yolu keçmək istəyən Şirvan sakini, 1970-ci il təvəllüdlü Ağayeva Gülbəniz Allahqulu qızını vuraraq ağır yaralayıb.

Yaralı piyada kəllə-beyin travması ilə Şirvan şəhər mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti