Balakəndə baş verən yol nəqliyyat hadisəsinin dəhşətli görüntüləri yayılıb.
Oxu.Az xəbər verir ki, video sosial şəbəkədə paylaşılıb.
Paylaşımda qeyd edilən məlumata görə, hadisə Balakəndə Heydər Əliyev prospektində sentyabrın 11-də baş verib.
Belə ki, prospekti ilə irəliləyən avtomobilinin sürücüsü qəfildən idarəetməni itirərək yolun kənarındakı avtomobillərə çırpılıb və aşıb. Qəza nəticəsində bir neçə avtomobilə ciddi ziyan dəyib.
İddia edilir ki, qəza sürücünün səhhətində yaranan problem üzündən baş verib.