Biləsuvarda piyadanı vurub öldürərək hadisə yerindən qaçan sürücü tutulub

13:12 - 4 Oktyabr 2021 - HADİSƏ

Biləsuvarda piyadanı vuraraq hadisə yerindən yayınan sürücü saxlanılıb

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, oktyabrın 1-də axşam saatlarında Biləsuvar-Bəhrəmtəpə yolunda müəyyən edilməmiş atomobillə Biləsuvar şəhər sakini Alim Hüseynov vurulub və nəticədə piyada aldığı xəsarətlərdən dünyasını dəyişib. Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmış “Mercedes” markalı mikroavtobusun sürücüsü, Biləsuvar şəhər sakini Samir Əliyev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti