Tez-tez açıq-saçıq paylaşımları ilə tənqid obyektinə çevrilən “Miss Azərbaycan-2019” gözəllik müsabiqəsinin qalibi model Səmra Hüseynova son paylaşımı ilə yenidən diqqət çəkib.
Ucnoqta.az xəbər verir ki, Səmra şəhidlərə görə bir müddət paylaşım etməyəcəyini bildirib:
“Hər gün onlarla şəhidin anım günü olduğu üçün əylənməyə vicdanım yol vermir. Ona görə də, bir müddət işdən kənar heç nə paylaşmayacağam, aktiv olmayacağam. Ana, bacılarımız ağlarkən utanıram. Hər ailəyə Allahdan səbr diləyirəm. Ehtiyacınız olarsa, sizi hər an dinləməyə, cavablamağa 7/24 hazıram”.
Səmra Hüseynovanın bu sözləri sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb və tənqid edilib.///yenisabah