Ağsuda avtomobillə camışı vuran sürücü komaya düşdü

09:51 - 4 Oktyabr 2021 - HADİSƏ

Şamaxı Ağsu şossesində yol qəzası zamanı sürücü ağır xəsarət alıb.

Hadisə Şamaxıda Ağau rayonuna gedən istiqamətdə baş verib.

Belə ki, 1983-cü il təvəllüdlü Salmanov Eşqin Alik oğlu idarə etdiyi “VAZ 2106” markalı avtomobillə hərəkətdə olan zaman qəfil qarşısında iribuynuzlu heyvanı (camış) vurub.

Nəticədə E.Salamanov ağır xəsarət alıb. O, komatoz vəziyyətində Bakıdakı xəstəxanaların birinə yerləşdirilib.///Apa

 

Xəbər xətti