Salyanda avtomobil piyadanı vurub

20:07 - 3 Oktyabr 2021 - HADİSƏ

Salyanda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə axşam saatlarında Xalac kəndində qeydə alınıb. Kənd sakini, 1990-cı il təvəllüdlü Kərimov Zamin Rafiq oğlu yolu keçmək istəyən zaman minik avtomobili onu vurub. Müxtəlif dərəcəli xəsarətlər alan Z.Kərimov Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti