Azərbaycanda polis polkovnik-leytenantı koronavirusdan öldü

12:14 - 3 Oktyabr 2021 - HADİSƏ

Azərbaycanda Daxili İşlər Nazirliyinin yüksəkrütbəli zabiti vəfat edib. Gəncə Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis polkovnik-leytenantı Emin Məmmədov dünyasını dəyişib. Bildirilib ki, E.Məmmədov koronavirusa yoluxmuşdu və bu xəstəlikdən müalicə alırdı.///oxu.az

Xəbər xətti