İnternet problemini həll etmək istəyən Sumqayıt sakini öldü

09:24 - 3 Oktyabr 2021 - HADİSƏ

Sumqayıtda bədbəxt hadisə ölümlə nəticələnib.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, şəhərin Hacı Zeynalabdin qəsəbəsində beşmərtəbəli yaşayış binasının damına çıxan 1986-cı il təvəllüdlü Sərxanov Rauf Məmmədalı oğlu internet şəbəkəsində yaranan problemi aradan qaldırmaq istəyərkən oradan yıxılıb.

Ağır xəsarətlər alan 35 yaşlı kişi ölüb. Meyit aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti