Yevlaxda canavar qoyun sürüsünə hücum edib - Foto

17:30 - 2 Oktyabr 2021 - HADİSƏ

Yevlaxda canavar otlaqda qoyun sürüsünə hücum edib.

Hadisə Ərəş kəndində baş verib. Canavar kənd sakini Rövşən Quliyevin qoyunlarından bir neçəsini yaralayıb. Çobanın və itlərin müdaxiləsi ilə canavar sürüdən uzaqlaşdırılıb.

R. Quliyevin verdiyi məlumata görə, bu, son günlərdə baş verən ilk hadisə deyil. Ərəş kəndi və ətrafında mütəmadi canavar sürüsü dolaşır və onların mal-qaraya hücumları davamlı xarakter daşıyır.///apa


Xəbər xətti