Hacıqabulda sərnişin avtobusu qəzaya uğrayıb, yaralılar var - Foto (Yenilənib)

17:31 - 2 Oktyabr 2021 - HADİSƏ

Hacıqabulda sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 10 nəfər yaralanıb.

Onların hamısı Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Hadisənin baş verdiyi Bakı-Qazax magistralının 116-cı kilometrində uzun tıxac yaranıb.///apa


17:02

Hacıqabulda sərnişin avtobusu qəzaya uğrayıb.

APA-nın məlumatına görə, hadisə Hacıqabul-Horadiz magistralının Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. İri tutumlu sərnişin avtobusu asfaltbasan maşın və daşla dolu avtomobillə toqquşub.

Hadisə zamanı çoxlu yaralının olduğu bildirilir.


Xəbər xətti