Bakıda istixanadan 8 min manatlıq bitki dərmanları oğurlanıb

15:42 - 2 Oktyabr 2021 - HADİSƏ

Bakıda istixanada oğurluq hadisəsi olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Türkan qəsəbəsi ərazisindəki istixanaların birindən 8 min manat dəyərində bitki dərmanları və istilik sisteminin avadanlıqlarını oğurlamaqda şübhəli bilinən Zirə qəsəbə sakinləri O.Ağayev və R.Bünyadzadə saxlanılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər xətti