Goranboy rayonunun Ağamalıoğlu kəndində “BАЗ” markalı iki minik avtomobili toqquşub.
Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, qəza nəticədə avtomobillərdən birinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi və digər avtomobil yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.