Biləsuvarda yük maşını piyadanı vuraraq öldürüb

23:59 - 1 Oktyabr 2021 - HADİSƏ

Biləsuvar rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Biləsuvar şəhərində qeydə alınıb.
Belə ki, "Ford" markalı yük avtomobili Biləsuvar şəhər sakini, 1963-ci il təvəllüdlü Hüseynov Akif Hidayət oğlunu vurub.
Yaralı piyada Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qəzanı törədən "Ford" markalı yük avtomobili hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti