Biləsuvar rayonunda yanğın hadisəsi baş verib
Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, rayonun Yuxarı Cürəli kəndində ev yanıb. Bildirilib ki, ümumi sahəsi 56 kvadrat metr olan birmərtəbəli iki otaq və eyvandan ibarət evin (divarları kərpic, tavanı qamışdan ibarət) yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.