Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili saxlanılıb.
Bu barədə Gürcüstan Baş naziri İrakli Qaribaşvili hökumət administrasiyasında keçirdiyi brifinqdə bildirib.
Baş nazir deyib ki, hüquq-mühafizə orqanlarının onun Ukraynadan Gürcüstana hərəkəti barədə daha öncədən məlumatı olub və proses tam nəzarət altında idi: “Bizim hüquq-mühafizə orqanlarımızın əməkdaşları axtarışda olan Mixeil Saakaşvilinin həbs edilməsi istiqamətində əməliyyat həyata keçiriblər”.
Onun sözlərinə görə axtarışda olan sabiq prezident Tbilisinin Qldani-Nadzaladevi rayonunda saxlanılıb.
M. Saakaşvilinin Gürcüstana qeyri-qanuni yollarla daxil olduğu bildirilir.///apa