Astarada dənizdə 62 yaşlı qadının meyiti tapılıb

10:43 - 1 Oktyabr 2021 - HADİSƏ

Astarada yaşlı qadının meyiti tapılıb.

APA-nın məlumatına görə, Xəzər dənizinin rayonun Şahağacı kəndi ərazisindəki sahilində 1959-cu il təvəllüdlü Validə Əlişah qızı Dadaşovanın meyiti tapılıb. Mərhumun ayaqqabılarının tapıldığı yerin yaxınlığında qohumları tərəfindən dənizdən çıxarılan meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər xətti