Tanınmış azərbaycanlı alim vəfat edib - Foto

00:29 - 1 Oktyabr 2021 - HADİSƏ

Fizika-riyaziyyat elmləri doktoru, professor Yusif Əsədov vəfat edib.

Trend-in məlumatına görə, Yusif Əsədov uzun illər AMEA-nın Fizika İnstitutunda çalışıb, Quruluş və quruluş çevrilmələri laboratoriyasının rəhbəri olub.

O, eyni zamanda “Fizika” jurnalının redaksiya heyətinin, Beynəlxalq Kristalloqrafiya cəmiyyətinin və Nyu-York Elmlər Akademiyasının üzvü idi.

Allah rəhmət eləsin!


Xəbər xətti