Ötən sutkada 2 nəfər xilas edilib- FHN

22:35 - 30 Sentyabr 2021 - HADİSƏ

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Ucnoqta.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 22 yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2 nəfər xilas edilib, həmçinin Bakı şəhərinin Nərimanov rayonunda 1957-ci il təvəllüdlü Zahid Azay oğlu Əhmədovun meyiti mənzildə bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib, yanğın zamanı 1 nəfər xəsarət alıb.

Bundan əlavə, Sumqayıt və Astara şəhərlərində intensiv yağışlar nəticəsində bəzi ərazilərdə yaranmış fəsadların aradan qaldırılması təmin olunub

Xəbər xətti