Polisin öldürdüyü qadının hadisə yerindən görüntüləri - VİDEO

13:52 - 30 Sentyabr 2021 - HADİSƏ

Azərbaycanda polisin arvadını qətlə yetirdiyi bölmədən videogörüntülər yayılıb. 

Ucnoqta.az Oxu.az-a istinadən xəbər verir ki, görüntülərdə polis əməkdaşları qətlə yetirilən qadını Post Patrul Xidməti avtomobilinə qoyduqları əks olunub.  

Qeyd edək ki, bu gün səhər saat 09:00 radələrində Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanı 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq qətlə yetirib.

Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İsmayıl Məmmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib.

Xəbər xətti