"Bakıda məktəbin həyətindəki dava ilə bağlı araşdırmalara başlanılıb" - DİN

10:40 - 30 Sentyabr 2021 - HADİSƏ

Daxili İşlər Nazirliyi (DİN) Bakıda “Landau School” özəl məktəbin həyətində yaranan insidentə münasibət bildirib.

DİN-in mətbuat xidmətindən Ucnoqta.az-a bildirilib ki, yaranan insidentlə bağlı araşdırmalara başlanılıb.

“Yayılan videogörüntülərdən məlumatlıyıq. Hadisə ilə bağlı araşdırmalara başlanılıb. İctimaiyyətə əlavə məlumat veriləcək”, - Mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, sosial şəbəkələrdə məktəbin mühafizəçisi ilə valideynlərdən birinin əlbəyaxa dava etdiyi görüntüləri yayılıb.

Xəbər xətti