Bakıda qız oğlanı bıçaqladı
09:30 - 30 Sentyabr 2021 - HADİSƏ
Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.
Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə “Kubinka” kimi tanınan ərazidə qeydə alınıb.
Belə ki, 1993-cü il təvəllüdlü Mirzəliyev Mikayıl Firdovsi oğlu yaşadığı evdə tanıdığı qızla əlbəyaxa dava edib. Dava zamanı o, həmin qız tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.