Sabunçu və Suraxanıda bəzi əraziləri su basıb - FHN

18:46 - 29 Sentyabr 2021 - HADİSƏ

İntensiv yağan yağışlar nəticəsində Bakı şəhərinin bəzi ərazilərinin subasmaya məruz qalması barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumatlar daxil olub.

Bununla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri dərhal zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün ərazilərə cəlb olunub.

Görülmüş operativ tədbirlər sayəsində paytaxtın Suraxanı və Sabunçu rayonları üzrə subasmaya məruz qalmış ərazilərdən yağış sularının kənarlaşdırılması təmin olunub.

Hazırda bəzi ünvanlarda yağıntıların törətdiyi fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.///trend

 

Xəbər xətti