Bakıda qadının boyunbağısını qoparıb qaçan şəxs saxlanılıb

13:30 - 29 Sentyabr 2021 - HADİSƏ

Bakıda qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, naməlum şəxs sentyabrın 23-də Biləcəri qəsəbəsi Binəqədi şossesində qəsəbə sakini A.Bayramovanın boynundan qızıl boyunbağını soyğunçuluq yolu ilə qoparıb qaçıb.

Binəqədi rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Cəbrayıl rayon sakini N.Paşayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.

Xəbər xətti