Bakıda evdən 7 min manatlıq oğurluq edilib

13:23 - 29 Sentyabr 2021 - HADİSƏ

Bakıda oğurluq edən şəxs saxlanılıb.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, oğurluq etdiyinə görə tutulan N.Süleymanovun ətrafında Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun Biləcəri qəsəbəsi ərazisində yerləşən telekommunikasiya qovşağına məxsus 110 metr naqili, qapı-pəncərə sexlərinin birindən və bir evdən 6800 manat dəyərində mobil telefon, təmir-tikinti alətləri və inşaat materialları oğurlaması da müəyyən edilib.

Araşdırma aparılır.

Xəbər xətti