Astarada avtomobil piyadanı vurub

08:18 - 29 Sentyabr 2021 - HADİSƏ

Astara rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. Avtomobil yolu keçən 1991-ci il təvəllüdlü Bədəlov Əliağa Fətiağa oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ sirkə kasasının sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti