Azərbaycanda vəzifəli şəxs vəfat etdi

05:07 - 29 Sentyabr 2021 - HADİSƏ

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri, aqrar məsələlər üzrə tanınmış ekspert Nicat Nəsirli vəfat edib.

Bu barədə onun yaxınları sosial şəbəkədə məlumat veriblər. Bildirilir ki, N.Nəsirli təxminən bir həftə əvvəl cərahi əməliyyat olunmuşdu. Ötən gün isə səhhəti qəfildən pisləşərək dünyasını dəyişib.

Allah rəhmət eləsin!

Xəbər xətti