Qobustanda avtomobil 2 piyadanı vuraraq öldürüb

13:19 - 28 Sentyabr 2021 - HADİSƏ

Bakıda yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, sentyabrın 27-də saat 20 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Abşeron rayon sakini A.Hüseynov idarə etdiyi “VAZ-2104” markalı avtomobillə yolu keçən qəsəbə sakinləri Adil Canatovu və Tərlan Şahpələngovu vurub. Nəticədə piyadalar aldıqları xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər xətti