Tovuzda məktəblini maşın vurub

10:22 - 28 Sentyabr 2021 - HADİSƏ

Tovuzda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Abulbəyli kəndində Adil Qasımov adına orta məktəbin qarşısında qeydə alınıb.
Hərəkətdə olan minik maşını 2012-ci il təvəllüdlü Sadıqov Rövşən Natiq oğlunu vurub. Məktəbli xəstəxanaya yerləşdirilib. Müayinə zamanı onun hər iki ayağının sındığı məlum olub

Faktla bağlı araşdırma aparılır.///apa

Xəbər xətti