“KamAZ”ın təkərini dəyişən sürücünü avtomobil vurub öldürdü

09:01 - 28 Sentyabr 2021 - HADİSƏ

Goranboyda yol kənarında “KamAZ” markalı yük maşınının sürücüsü avtomobilinin təkərini dəyişərkən hərəkətdə olan digər avtomobil tərəfindən vurulub. Apa-nın məlumatına görə, hadisə Dəliməmmədli şəhəri yaxınlığında baş verib. “KamAZ”ən sürücüsü, Daşkəsən rayon sakini, 1983-cü il təvəllüdlü Əsgərov Fikrət İsa oğlu aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti