"Dünyada görəcəyimiz daha çox iş var" - Bill Qeyts

Dünyanın ən varlı və ən nüfuzlu milyarderlərindən biri olan Bil Qeyts məşhur şoumen Ceyms Kordenlə müsahibəsində milyarderlərin kosmik yarışı ilə bağlı açıqlamalar verib.

Ucnoqta.az xəbər verir ki, Qeyts milyarderlərin kosmosa uçuşu ilə bağlı fikirlərini belə ifadə edib:
“Kosmos? Burada, dünyada görəcəyimiz daha çox iş var. Milyarderlər kosmosa uçarkən mən malyariya və HİV kimi xəstəliklərdən qurtulmaqla məşğul idim”.

Qeyd edək ki, dünyaca məşhur “Tesla” şirkətinin rəhbəri İlon Mask sentyabrın 16 -da kosmik orbitə 4 "həvəskar astronavt" göndərmişdi. ABŞ-ın Florida ştatındakı Kennedi Kosmos Mərkəzindən atılan kapsul təxminən 575 kilometr yüksəkliyə çatmışdı. Ticarət nəhəngi “Amazon” rəhbəri Ceff Bezos da “Blue Origin” şirkəti tərəfindən hazırlanan kosmik gəmi ilə 20 iyul tarixində 106 kilometr yüksəkliyə qalxaraq kosmos səyahətini həyata keçirmişdi. İngilis iş adamı Ser Riçard Branson da 11 iyulda şirkəti “Virgin Galactic” tərəfindən hazırlanan vasitə ilə kosmosun başlanğıc nöqtəsi hesab edilən nöqtədən 100 kilometr məsafə qət etmişdi.///axar

Tarix
26 Sentyabr 2021 [11:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-09-26 11:07:43
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin