Sabah leysan yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Sentyabrın 25-dən 26-na keçən gecə saatlarından başlayaraq Quba-Qusar rayonu və Şimal zonasının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, bəzi yerlərdə leysan xarakterli güclü olacağı, dolu düşəcəyi ehtimalı var.

Prosesin gecə saat 02.00 radələrindən başlanması, və ən intensiv dövrün səhər saat 07.00-dək davam edəcəyi gözlənilir.

Çaylarda sululuğun artacağı, Qusarçay, Qudyalçay, Vəlvələçay, Qaraca, Ağçay, Cağacuqçay, Qaraçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var. Şimal-şərq küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m /s- dək gückənəcək.

 

Tarix
25 Sentyabr 2021 [22:05]
Müəllif
Üç nöqtə
2021-09-25 22:05:00
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin