Bosforda Rusiya və Türkiyə gəmiləri toqquşdu

11:19 - 25 Sentyabr 2021 - HADİSƏ

Bosfor boğazında Rusiyanın quru yük gəmisi ilə Türkiyə gəmisi toqquşub.

Ucnoqta.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, 90 metrlik Türkiyə gəmisi Rusiyaya gedən 128 metrlik gəmi ilə toqquşub. Hadisə yerinə xilasedici qüvvələrcəlb olunub.

Ölən və yaralananların olmadığı bildirilir.

Xəbər xətti