Masazırda motosiklet avtomobillə toqquşub - ölən var

14:51 - 24 Sentyabr 2021 - HADİSƏ

Sentyabrın 24-də saat 1 radələrində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində ağır yol qəzası baş verib.

Ucnoqta.az xəbər verir ki, qəsəbə sakini E.İbrahimovun idarə etdiyi “VAZ-21715” markalı avtomobil və 25-30 yaşlı şəxsin idarə etdiyi “Zontes” markalı motosiklet toqquşub.

Nəticədə motosikletin sürücüsü xəstəxanada ölüb.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Xəbər xətti