Rusiyada daha bir qəza: Bu dəfə vertolyotla əlaqə kəsilib

00:11 - 24 Sentyabr 2021 - HADİSƏ

Rusiyanın Kamçatka yarımadasında təlim uçuşu zamanı “Ka-27” vertolyotu ilə əlaqə kəsilib.

Apa xəbər verir ki, bu barədə Rusiya Təcili yardım xidmətinin nümayəndəsi RİA Novosti-yə bildirib.

“Vertolyotun göyərtəsində 4 ekipaj üzvü olub. Ekipaj Kamçatka vaxtı ilə saat 5.30-da efirə çıxmalı idi. Lakin onlarla əlaqə saxlamaq mümkün olmayıb”, deyə xidmətin nümayəndəsi vurğulayıb.

Qeyd edək ki, 1970-ci illərdə SSRİ-də istehsal olunan “Ka-27” vertolyotunun təyinatı sualtı gəmilərə qarşı nəzərdə tutulub.

Xəbər xətti