Sumqayıtdan Bakıya yeni yol çəkilə bilər

Sumqayıt istiqamətindən Bakıya giriş üçün alternativ yol çəkilə bilər.

Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

O bildirib ki, Sumqayıtdan Bakı şəhərinə girişdə tıxacların aradan qaldırılması ilə bağlı tədbirlər davam etdirilir: "Tədbirlər planı çərçivəsində Bakı şəhərinə alternativ yolun çəkilməsi planı da var. Bunun üçün Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin yaxınlığından Bakı şəhərinin Şərifzadə küçəsinə, oradan isə "20 yanvar" istiqamətinə yol çəkilməsi təklif olunub. Bu təklif qəbul olunarsa, həmin ərazidən tunel inşası nəzərdə tutulur".

A. Nəcəfli bildirib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bununla bağlı təkliflər hazırlayıb aidiyyəti üzrə təqdim edib. Hələlik təkliflər təsdiqlənməyib.

Tarix
22 Sentyabr 2021 [13:39]
Müəllif
Üç nöqtə
2021-09-22 13:39:07
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin