Ərdoğan BMT-də Qarabağdan DANIŞDI

00:13 - 22 Sentyabr 2021 - DÜNYA

Azərbaycan özünümüdafiə haqqından istifadə edərək BMT Təhlükəsizlik Şurasının illərdir yerinə yetirilməyən qərarlarına mövzu olan öz torpaqlarında işğalı bitirib. Ucnoqta.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin 76-cı sessiyasında çıxışı zamanı bildirib. Qardaş ölkə lideri qeyd edib ki, Qafqazda sabitlik baxımından önəmli addımlar atılıb. "Bu dəyişiklik bölgədə daimi sülh üçün yeni fürsətlər pəncərəsinin açılmasına imkan verib. Tərəflərin atacağı hər məqbul addımı dəstəkləməyə qərarlıyıq. İşğalını qəbul etmədiyimiz Krım daxil, Ukraynanın ərazi bütövlüyü və azadlığının qorunmasına önəm veririk", - deyə Ərdoğan əlavə edib.///baku.ws

Xəbər xətti