Sentyabrın 19-da Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Sumqayıtda fəaliyyət göstərən "Azərikimya" İstehsalat Birliyinin Etilen-Polietilen zavodundan havaya qara tüstünün yayılması müşahidə olunub.
Bu barədə Dövlət Xidmətinin regional idarəsinin rəsmisi Fərid Piriyev məlumat verib.
Onun sözlərinə görə, hazırda faktla bağlı araşdırma aparılır.