Tərtərdə evdə 3 min manatlıq oğurluq edilib

13:23 - 20 Sentyabr 2021 - HADİSƏ

Tərtər rayon sakini olan bir nəfər Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək ona məxsus evdən məişət əşyalarının oğurlanması barədə məlumat verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, daxil olan məlumat əsasında Tərtər RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən, rayon sakini Məhsuni Xanlarov saxlanılıb.

Araşdırmalarla onun xeyli sayda məişət əşyaları oğurlamaqla vətəndaşa 3 000 manat dəyərində ziyan vurduğu müəyyən olunub.

Dindirilmə zamanı o, törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti