Qusarda karantin qaydalarını pozan restoran aşkarlanıb

12:13 - 20 Sentyabr 2021 - HADİSƏ

Qusarda karantin rejimi qaydalarına zidd olaraq, müəyyən edilmiş vaxtdan sonra fəaliyyət göstərən iaşə obyekti aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Qusar RPŞ-nin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə “ALİNA” şadlıq evində məclis təşkil edildiyi və xüsusi karantin rejimi qaydalarını pozaraq müəyyən olunmuş vaxtdan sonra fəaliyyət göstərməsi aşkar edilib. Ümumilikdə 8 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.


Xəbər xətti